“5 hektara qədər torpağı olanlara sosial yardım verilməlidir”backend

“5 hektara qədər torpağı olanlara sosial yardım verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Əli Məsimli 5 hektara qədər torpağı olan kəndlilərin vəziyyətinin nəzərə alınaraq onlardan sosial sığorta haqqının alınmamasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, qanun layihəsində bu insanlar nəzərə alınmalıdır: “5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki onlar bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta ödəməyə imkan vermir. Ona görə də 5 hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılsın”.

Komitə sədri Musa Quliyev  bildirib ki, bu qanun tez zamanda qəbul olunmalıdır: “Payızda bu məsələlərə yenidən qayıdıb müzakirə etmək olar”.