“5 gün əvvəl Paşinyana 4750 itkinin olduğu məruzə edilib”backend

“5 gün əvvəl Paşinyana 4750 itkinin olduğu məruzə edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibədən ölənlərin son sayı hələ məlum deyil. Əslində mövcuddur, amma yayımlanmayıb”.

TİA.AZ xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan öz feysbuk səhifəsində yazıb.

“Fakt odur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi məruzə edib ki, bu vaxta olan məlumatlara görə, 2250 ölmüş və morqa düşən var, 1400 ölmüş və morqa düşməyən var. Həmçinin 1100 nəfər itkin düşüb. Sənədlə Ermənistan baş nazirinə məruzə edilmiş, təsdiqlənmiş ölüm sayı 4750-di”, – deyə o vurğulayıb.