Tribuna İnformasiya Agentliyi

5 bankın risk reytinqləri təsdiq edildi-ÖZƏL

27 İyun

“Moody’s Investors Service” (“Moody’s”)  5 Azərbaycan bankının risk reytinqini təsdiq edib. Tia.az-ın əldə etdiyi məlumata görə, reytinqləri təsdiq edilən banklar “Bank Of Baku” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC və XALQ BANK ASC-dir.

 

Reytinqlər  “Moodys”in reytinq metodologiyasının yeniləşdirilməsindən sonra 06 İyun 2018-ci il  tarixində verilib.

 

Risk reytinqi öhdəliklər üzrə defolt ehtimalına deyilir. Kontragent isə – Müqaviləyə əsasən bir-biri ilə işgüzar münasibətdə olan tərəflərdir.

 

Qarşı Tərəfin Risk Qiymətləndirilməsi “Azərbaycan Beynəlxalq Bankı” üçün B2, “Bank Respublika” üçün  B3, “Kapital Bank” üçün Ba2, “Xalq Bank” üçün  B2, “Bank of Baku” üçün isə Caa2 səviyyəsində təsdiq edilib.

 

Moody’s qeyd edib ki, borclar və depozitlərin ödənilməsi baxımından, bu banklardan bir çoxuna dövlət dəstəyinin mülayim və ya yüksək qalacağı ehtimal edilir.
İki bank (“Kapital Bank” və “Xalq Bank”) üçün reytinqin bir pillə qaldırılması mülayim  dövlət dəstəyi ehtimalı ilə izah olunur. Azərbaycan Beynəlxalq Bankın risk reytinqinin 2 pillə qaldırılması isə  dövlət dəstəyinin yüksək ehtimalı ilə izah olunur.

TİA.AZ