5 avtomobilin iştirakı ilə baş vermiş qəzanın günahkarı kimdir? – İDDİALARA CAVAB – VİDEObackend

5 avtomobilin iştirakı ilə baş vermiş qəzanın günahkarı kimdir? –  VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-RP-999 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Həmidov Vüsal Atamoğlan oğlu, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanılmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Mayın 5-də məhkəmənin qərarı ilə sürücü Vüsal Həmidov 15 gün müddətinə inzibati qaydada həbs edilib və eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Lakin sürücü məhkəmənin qərarı ilə razılaşmadığına görə 3 gün sonra Apellyasiya Məhkəməsinə şikayət verib. Sürücü etdiyi şikayət əsasında Binəqədi rayon Məhkəməsinin qərarının ləğv edilməsinə və azadlığa çıxmasına nail ola bilib.

Avtosfer.az-a verilən məlumata görə sürücü Azadlığa çıxan gün (mayın 7-i) idarə etdiyi 99-RP-999 qeydiyyat nişanlı avtomobillə paytaxtın Azadlıq prospektində (qoşa yanacaqdoldurma məntəqəsinin yanında) yol hərəkəti qaydalarını pozaraq ağır yol nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində həm öz avtomobilinə, həm də digər atomobillərə ciddi ziyan dəyib.

Avtosfer.az-la əlaqə saxlayan Zahid Abbasov adlı şəxs bütün bu ittihamlara cavab olaraq bildirib ki, hadisə mayın 5-də baş verib. “Həmin vaxt sükan arxasında Həmidov Vüsal Atamoğlan oğlu deyil, mən olmuşam. Qəzanın baş vermə səbəbi 90-ZY-846 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün qaydaları pozması olub. Hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları da günahın “Mercedes” markalı avtomobilin sürücüsündə olduğunu bildirib”.