49 yaşlı süpürgəçi dünya çempionatının qızıl medalını qazandı – FOTOLAR/VİDEObackend

49 yaşlı süpürgəçi dünya çempionatının qızıl medalını qazandı – FOTOLAR/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna məktəblərdən birində maraqlı hadisə yaşanıb. 

Məktəb təmizlikçisi olaraq çalışan İqor Yevtuşenko ciu-citsu ilə məşğul olur. O, bu idman növü üzrə Avropa və Ukrayna çempionu olsa da, maddi sıxıntılar səbəbi ilə məktəbdə süpürgəçi olaraq çalışır.

Əbu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatına qatılmaq istəyən 49 yaşlı yaşlı idmançının BƏƏ-yə yollanmaq üçün pulu olmayıb. O, tanışlarından dünya çempionatına yollana bilmək üçün yol pulu yığmaqda kömək istəyib. Nəticədə yol pulu yığılıb və İqor Yevtuşenko da yarışa qatıla bilib. Tanışlarının etimadını doğruldan İqor dünya çmepionatının qızıl medalını qazanıb.

 

İqor hisslərini şəxsi “facebook” səhifəsi üzərindən bölüşüb:

“Az da olsa fikirlərimi toparladım və təşəkkür yazmaq istəyirəm. Bu medalın arxasında nə dayanır? İnsanların həssaslığı. Mənə mənəvi və maddi cəhətdən dəstək olan hər kəsə çox təşəkkür edirəm və önlərində baş əyirəm. Hər bir kəsə ayrılıqda təşəkkür edirəm. Tam dəstəyə görə “B1 Promotion” şirkətinə çox təşəkkür edirəm! Məni dəstəkləyən və inanan professorum Luiz Roberto Delvivoya çox təşəkkür edirəm. Yaroslav Oşita və Valeri Pahaya hazırlıqda göstərdikləri köməyə və mənim sparrinq tərəfdaşım olduqlarına görə çox təşəkkür edirəm! Mənə inandıqları üçün bütün ailəmə və dostlarıma təşəkkür edirəm! Yarı ölü, axmaq olduğumu yazan rəqiblərimə də təşəkkür edirəm, siz məni daha da motivasiya etdiniz! Dünyanın ən yaxşı “FAMILIA LULA JIU-JITSU” komandasına təşəkkür edirəm!  Mən bu ailənin bir parçası olmaqdan qürur duyuram. Heç zaman gec deyil!”

Xatırladaq ki, yarışdan bir neçə gün əvvəl İqor kömək üçün “Facebook”dan müraciət xarakterli paylaşım edib. Bundan cəmi bir neçə gün sonra məlum olub ki, Xersonda bir məktəb onun arzusu gerçəkləşib və İqor ciu-citsu üzrə Dünya Çempionatına yollanıb.