45 trilyon dollarlıq oğurluqbackend

45 trilyon dollarlıq oğurluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İngiltərənin 1765-1938-ci illərdə Hindistandan təxminən 45 trilyon dollar oğurladığı üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə hindistanlı iqtisadçı Utsa Patnaik araşdırma aparıb. Araşdırmaya görə oğurluq Ost-Hind Şirkəti üzərindən vergi və ticarət yolu ilə həyata keçirilib.
1765-ci ilə qədər Hindistandan alış-verişi əsasən gümüş pulla edən İngiltərə sözügedən şirkət vasitəsilə tacirlərdən vergi toplayıb və həmin verginin 1/3 hissəsi ilə də onlardan mal alıb.
Vergini toplayan şəxslərlə mal alan şəxslərin fərqli olması səbəbindən Hindistan əhalisi bunu anlamayıb. Öz cibindən xərcləmədən yığılan vergi hesabına edilən alış-verişlə şirkət 44,6 trilyon dollar qazanıb.
Hindistanın İngiltərə müstəmləkəsi olduğu dövrə (1858-1947) aid hesabların bu rəqəmlərə daxil olmadığı xüsusilə qeyd edilib.
1847-ci ildə Britaniya Hindistanın idarəçiliyini əlinə aldıqdan sonra hind tacirləri öz məhsullarını istədikləri ölkələrə ixrac etmə azadlığına sahib olublar. Bununla da Ost-Hind Şirkətinin pul oyunu pozulub, lakin İngiltərə ixrac edilən məhsulların ödənişlərinin Londonda həyata keçirilməsinə nail olub.
Çünki o dövrdə Hindistandan mal almaq istəyən hər kəs bunu yalnız xüsusi bələdiyyə imtiyazlarından istifadə etməklə gerçəkləşdirə bilərdi. Bu imtiyaz vərəqələrini də ancaq Londondan gümüş və ya qızıl pul qarşılığında almaq olurdu.