“44 milyon pul ayrılmışdı, hanı o 44 milyon? – Xalq artistibackend

“44 milyon pul ayrılmışdı, hanı o 44 milyon? – Xalq artisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənilər 44 günlük müharibədən sonra dünyaya özlərini yenidən məzlum, təzyiqə məruz qalmış xalq kimi qələmə vermək üçün hər cür yalana, fitnə-fəsada əl atırlar. Xüsusən də mədəniyyət sahəsində göstərdikləri canfəşanlıq hər kəsə məlumdur. İndi isə uydurma Qarabağ hadisələri ilə bağlı film çəkərək “Oskar” mükafatına təqdim ediblər. Belə ki, britaniyalı rejissorun çəkdiyi “Arsax müharibəsi’’ndən bəhs edən və “45 Gün: Millət uğrunda mübarizə” adlı “sənədli filmi” Oskar mükafatına namizəd seçilib. Bu barədə sənədli filmin britaniyalı rejissoru, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen Twitter mikrobloqunda yazıb. Qeyd edib ki, filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəddir.
TİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a danışan Xalq artisti Əli Nur bu məsələyə daha həssas yanaşmaq lazım olduğunu bildirib:
“Ermənilər əslində qara millət olub, onların bir tarixi olmayıb. Amma onlar mədəniyyətə qiymət verirlər. Elə birinci dünya müharibəsində film çəkib, Amerikaya göndərmişdilər ki, türklər bizi torpaqlarımızdan didərgin ediblər. Sovetlər dövründə türklərin əleyhinə nə qədər filmlər çəkdilər. İndi II Qarabağ müharibəsində Azərbaycan ildırım surəti ilə  torpaqlarını  ermənilərdən xilas etdi, amma filmi ermənilər çəkdi. Əslində Azərbaycanda bu mövzu haqqında film çəkilməli idi.
Bir il keçib e, bir il. Bu bir ildə bədii, sənədli filmlər çəkilməli, tamaşalar səhnəyə qoyulmalı, əsərlər yazılamlı idi. Yaltaq, sözün əsl mənasında “dılğır” yazıçılarımız susurlar. Yerdə qalan yazıçılarımız da yazmırlar. Mən kollektivimizin yanında mədəniyyət naziri Anar Kərimova da demişəm ki, yığın bütün dramaturqları, şairləri bir yerə, II Qarabağ müharibəsinin zəfəri, tarixdə görünməyən qələbə haqqında filmlər çəkilsin, ssenarilər yazılsın, tamaşalar qoyulsun.
 Amma mənim dediklərimi saya salan  yoxdur. Pul yığmaq, korrupsiya ilə, xaricdə qəsr, villa tikməklə məşğuldurlar. Milyardları yığıb xaricə daşıyırlar. Amma bir film çəkmirlər, tamaşa qoymurlar. Bunları kim etməlidir? Mədəniyyətə baxan məmular nə ilə məşğuldur? Nə qədər pul yığmaq olar? Niyə bu teatrların birində zəfərdən bəhs edən bir tamaşa  qoyulmur? Erməni Qarabağdan film çəkib “Oskar”-a göndərir ey. Belə olmaz e, biz çəkməliyik o filmi. Axı biz qələbə qazanmışıq. Bəyəm Azərbaycanda yazıçı, rejissor yoxdur? Müharibəni kim udub? Dünya şokdadır ki, 44 gündə 30 ildə işğal olunan torpaqlar azad olunub.
Mədəniyyətimizin sahibi yoxdur. Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin vaxtında korrupsiya, bu sahədə rüşvətxorluq baş alıb gedirdi. Akademik Milli Dram Teatrının təmirinə 44 milyon dollar pul ayrılmışdı, teatra heç bir milyon da xərcləmədilər. Biz teatrda çalışanda yağış yağdıqda zalı su basdı. Hanı o 44 milyon? Hansından danışasan?”