44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabrbackend

44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
TİA.AZ Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
– Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.
– Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
 – Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.
– Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd “Qrad”ı məhv edilməsinin videogörüntüsü yayılıb.
– Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.
– Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.
– Düşmənin “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.