Tribuna İnformasiya Agentliyi

“42 yaşlı beş uşaq atası məni təhqir etmişdi, üzr istədi” — ASLAN KƏRİMİN VDEOSUNDAN DANIŞDI

18 İyun

Müğənni Aslan Hüseynov sənət adamlarının sosial şəbəkədə təhqir edilməsinə münasibət bildirib.
“Ölkə.Az”ın məlumatına görə, “Space” telekanalında Kamran Həsənlinin aparıcısı olduğu “Onda başladıq” verilişində  Hüseynov bir müddət öncə 42 yaşlı Sumqayıt sakininin onu təhqir etdiyini açıqlayıb:
“Gizli nömrədən zəng gəldi, araşdırdıq və məlum oldu ki, 42 yaşlı beş uşaq atasıdır. Kərimdən fərqli bölmədə çəkiliş etmədim. Özlərini bizim yerimizə qoysunlar. Nə etmişəmsə, yaxşı etmişəm. Qanun qarşısında cavab verməyə hazıram”.
K.Həsənlinin “həmin şəxsi döymüşdün” sualına müğənni belə cavab verib:
“Çox şeylər oldu. Üzr istədi. Dedi ki, telefonu stola qoymuşdum. Dedim sənin telefonun ATS-di? Dünən yekə-yekə uzanmışdın, bu gün 42 yaşlı beş uşaq atası üzr istəyirsən. Elələrini göstərmək lazımdır. Kərimin məsələsinə gəlincə, o üzrxahlıq bölmədə olmamalıydı”.
Qeyd edək ki. bir müddət öncə müğənni Kərim Abbasovun Binəqədi Rayon Polis İdarəsi 4-vü polis bölməsində sosial şəbəkədə onu təhqir edən iki nəfəri üzr istədərək videosunu çəkdirməsi səs-küyə səbəb olmuşdu.
Sözügedən məsələylə bağlı daxili işlər naziri  Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılmışdı. Araşdırma nəticəsində Etibar Balakişiyevə şiddətli töhmət verilib,  sahə müvəkkili Oruc Mirzəyev isə daxili işlər orqanlarından xaric edilib.