Tribuna İnformasiya Agentliyi

40 ildən sonra şokoladsız qala bilərik…

22 Fevral

Şokolad sevənlər üçün pis xəbər olsa da, 98 milyard dollarlıq şokolad sənayesini təşkil edən kakao bitkisinin təhlükə altında olduğu məlum olub. Araşdırmalar nəticəsində kakao istehsalını riskə salan səbəblərin qlobal istiləşmədən tutmuş həşəratlara qədər gedib çıxdığı açıqlanıb.

“Qafqazinfo” “Cnntürk”ə istinadən  xəbər verir ki, hətta bəzi alimlər 40 il içərisində şokoladın “yox olmasını” belə düşünür.

Bəs nəyə görə kakao istehsalı təhlükə altındadır?

Araşdırma şirkəti Euromonitorun açıqlamasına görə şokoladlı şirniyyat tələbi son beş ildə 10 % artaraq 7 min 540 ton olub. Ən çox şokolad tələb edən ölkələrə Çin və Hindistan liderlik edir. Dünyanın ən böyük şokolad bazarı isə Amerikadadır. Məhsulların 20 %-i bu ölkədə istehlak edilir. Adambaşına ən böyük istehlak payı da İsveçrənin payına düşür.


Kakao istehsalını analiz edən  “Cocoa” təşkilatı son 20 ildir ki, kakaoya tələbin artdığını açıqlayıb. “Bloomberg” şirkətinin kakao taciri və analitiklərinin vasitəsilə apardığı  anketə görə 2017-2018 ildə kakao bitkisinin istehsalı tələbatından 97 min 500 ton daha çox olması gözlənilir.

İstehsaldakı artım kakaonun qiymətinin aşağı düşməsinə səbəb olub. 1970-ci ildə tonu 4 min dollar olan kakaonun qiyməti, bu günlərdə 2 min 138 dollardır. Qiymətlərin belə azalması kakao istehsalçılarına təsir edir. Dünyada kakao istehsalının böyük bir qismi Afrika ölkələrinin payına düşür. Bu ölkələrdən ikisi – Fildişi Sahili Cümhuriyyəti və Qana kakao istehsalının yarısını reallaşdırır. Kakao istehsalçılarına görə satışın sadəcə 6.6 faizi qazanc olaraq qalır. Vəziyyətin daha pis tərəfi ondan ibarətdir ki, bu gün gənclər kakao sektoru ilə maraqlanmırlar. İşçilərin ortalama yaşı 51-in üzərindədir. Həmçinin kakao istehsalçıları müasir texnikaya sahib deyillər. Məhsulların 90%-i kiçik ailə fermalarında istehsal olunur.

Kakao toplamaq ağır zəhmət tələb edən bir işdir.

Qeyri-hökümət təşkilatı “Make Chocolate Fair”yə görə bir ağacdan ildə ancaq yarım kilo kakao almaq olur.
Kakao həm də iqlim dəyişikliklərinə qarşı çox həssasdır. Amerikanın Milii Okean və Atmosfer Şöbəsi açıqlamasında bildirib ki, qlobal istiləşmə səbəbi ilə torpaqdakı rütubət nisbəti və dünyada yağış miqdarında azalma müşahidə olunacaq: “Bu isə kakao üçün ərazilərin azalması deməkdir”.

Bundan əlavə Gürcüstan Universitetinin “İnnovativ Genom Elmləri İnstitutu”nun hazırladığı hesabata görə, iqlim dəyişikliyi kakao yetişdirən torpaqları ciddi şəkildə azaldacaq.

Birləşmiş Millətlərə bağlı olan Hökumətlərarası İqlim Dəyişikliyi Paneli də, qlobal istiləşməyə görə Fildişi Sahili və Qanadan kakao istehsal olunan ərazilərdə ciddi bir azalma olacağı gözləntisindədir.

Həşərat və virusların hücumu da kakao bitkisi üçün gözləniləndir.

Fermerlər bildirirlər ki, zədələnmiş ağacları heç cür bərpa etmək mümkün deyil. “Gərək ağacı çıxardıb yerinə təzəsini əkəsən. Bundan əlavə ən böyük problem isə virusa yoluxmuş ağacın həftələrlə hətta aylarca belə xəstəlik əlamətlərini göstərməməsidir”.

Arizona Universitetində “bitki virusları” üzərində araşdırma edən Cudi Braun sözlərinə görə kakaoya sistematik bir şəkildə qulluq edilməzsə, genləri  viruslar tərəfindən zədələnə bilər.

Hələ 1980-ci illərin sonunda Braziliyada yayılmış virus nəticəsində kakaonun istehsalı 320 min tondan 191 min tona enmişdi.

Bütün bunlara baxmayaraq C. Braun ən böyük kakao istehsalçısı olan “Mars” qrupu ilə birlikdə çalışaraq fermerlərin kakao ağaclarındakı xəstəlikləri əvvəlcədən müəyyən edə bilmələri üçün tədbirlər görür.