Tribuna İnformasiya Agentliyi

4 yaşlı uşaq yanaraq öldü – Biləsuvarda

07 Aprel

Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib. 

Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.

TİA.AZ  FHN-ə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.