“4 uşaqlı qadınlara çoxuşaqlı ana statusu verilsin” – Deputatdan təklifbackend

“4 uşaqlı qadınlara çoxuşaqlı ana statusu verilsin” – Deputatdan təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda uşaq pulu mexanizmi ilə bağlı bəzi problemlər var. Çoxuşaqlı ailələrə ayrılan ünvanlı sosial yardımlar, müavinətlər əlçatan deyil. Ara-sıra bu mövzu ilə bağlı müzakirələr də olur.
 
Bəs uşaq pulunun veriləcəkmi? Neçə yaşa qədər uşaq pulu verilməlidir?Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.
O, problemi 2 cür yanaşma ilə təhlil edib:
“Bir qrup valideynlər işləmir. Gözlərini uşaq puluna dikib onun vasitəsilə müəyyən dərəcədə özlərinin təminatını həyata keçirmək istəyirlər. Bu pulu uşaq üçün xərcləməyi düşünmürlər. Amma bir qrup insanlar da bunu uşağın sağlamlığı üçün xərcləməyi düşünür. Biz əsasən, bu kateqoriya üzrə məsələni həll etməliyik. Çünki uşaq pulunun məqsədi uşaqların sağlam böyüməsinə, qida, geyim və başqa məsələlərdə onlara dəstək göstərməkdir. Buna da nəzarət olunmalıdır. Valideyn ümidini uşaq puluna bağlayır, işləmir. Elə bilir ki, bu onlara verilən əlavə bir müavinətdir. Amma əsasən, çoxuşaqlı analar üçün müavinəti artırmaq lazımdır. Bizdə də çoxuşaqlı ana anlayışını artıq 4 uşağa endirmək lazımdır. Azərbaycanda 6 uşaqlı ailələr çox nadir hallarda olur. Ən azı insanlar stimullaşmalıdır ki, ailələrdə ən azı 4 uşaq böyüyüb başa çatdırılsın. Sistem bu formada olaraq uşaqların sağlamlığına və rifahına sərf olunmalıdır”.