4 uşağı olan şəhidin xanımı döyüldü, qonşuya sığındı – İmtiyaz münaqişəsibackend

4 uşağı olan şəhidin xanımı döyüldü, qonşuya sığındı – İmtiyaz münaqişəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pirşağıda 4 uşağı olan şəhidin həyat yoldaşı baldızı tərəfindən döyülüb.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Sədr qadının hazırda qonşuda qaldığını deyib:
“Şəhid ailəsidir, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayır. 4 uşağı var. Böyük uşağın 8, kiçiyin isə 1 yaşı var. Ailə münaqişəsidir. Qadını baldızı döyüb, təhqir edib və evdən çıxarıb. Hazırda qadın uşaqları ilə birlikdə qonşuda qalır. Polis gəlib izahatın alıb, bir azdan sığınacağa gətirəcəklər. Qadınla telefonla danışdım, təklif elədim ki, məsələ hüqiqi tərəfdən həllini tapana kimi bura yerləşsin. Razılaşıb”.
Sədr ailə münaqişəsinin dövlət tərəfindən şəhidə verilən təzminat üstündə düşdüyünü ehtimal edir:
“Güman ki, təzminat, müavinətlə bağlıdır. Evdə bir də qayınana var. Güman ki, münaqişə imtiyazlardan qayınanaya daha çox düşüb deyə baş verib”.