4 milyon manatlıq tenderin qalibi – BU ŞİRKƏT OLDUbackend

4 milyon manatlıq tenderin qalibi – BU ŞİRKƏT OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

TİA.AZ FED.az-a istinadən xəbər verir ki, 4 milyon manatlıq tenderin qalibi “Parlaq-N” MMC-dir.

Xatırladaq ki, “Parlaq-N” MMC bundan əvvəl Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınması üzrə 243 min 764 manatlıq tenderini qazanıb.