39 ildir komada qalan futbolçu öldübackend

39 ildir komada qalan futbolçu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1982-ci ildən komada olan fransalı futbolçu Jan-Pyer Adams həyatını itirib.

1992-1996-cı illər aralığında  22 dəfə Fransa millisinin fomasını geyinmiş sabiq futbolçu Nim Universiteti Xəstəxanasında vəfat edib. Hadisə 1982-ci il martın 17-də Adamsın menisk əməliyyatı zamanı baş verib. Belə ki, eyni anda 8 əməliyyata nəzarət edən anestezioloq dozanı səhv salıb. Əməliyyatı izləyən təcrübəçi həkim isə səhvi düzəltməyib və futbolçunun vəziyyətinin pisləşdiyini isə görməyib. Nəticədə həmin gündən etibarən futbolçu komaya girib.

Həyat yoldaşı 39 il boyunca ona elə həmin vəziyyətdə qulluq edib.

Adams karyerası boyunca “Olimpik” (Nim, 1972-1973), “Nitsa” (1973-1977) və PSJ-nin (1977-1979) formasını geyinmişdi. O, yığmada oynadığı illərdə “Qara mühafiz” ləqəbini də almışdı.