36 şəhidin qısas əməliyyatı davam edir: Əsədin daha bir qırıcısı vuruldubackend

36 şəhidin qısas əməliyyatı davam edir: Əsədin daha bir qırıcısı vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suriyanın şimal-qərbində Bahar Qalxanı əməliyyatı çərçivəsində Bəşər Əsəd rejiminin L-39 təyyarəsi vurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gün Suriyada Bəşər Əsəd rejiminin qüvvələrinə məxsus bir təyyarə və İHA vurulub. 6 tank, 5 özüyeriyən artilleriya qurğusu, 2 hava hücumundan müdafiə sistemi məhv edilib. 327 Əsəd əsgəri zərərsizləşdirilib.
Nazirlik Suriyadakı əməliyyatın uğurla davam etdiyini vurğulayıb.
Daha əvvəl Suriya üzərindəki səmada Əsəd rejiminin iki təyyarəsi vurulub.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bundan əvvəl İdlib deskalasiya zonasında Bahar Qalxanı əməliyyatının aparılacağını açıqlamışdı.
Müdafiə şöbəsinin müdiri bildirib ki, əməliyyat fevralın 27-də de-eskalasiya zonasında 36 hərbçinin həyatını itirdiyi Türkiyə hərbçilərinin mövqelərinə endirilən hava zərbəsinə cavab olaraq başlayıb.
“Bizim vəzifəmiz Bəşər Əsəd rejiminin cinayətlərinin qarşısını almaq, radikallaşmanı aradan qaldırmaq və miqrasiyanı dayandırmaqdır. Türkiyə Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanır. Hədəfimiz yalnız türk ordusunun yerləşdiyi yerə hücum edən Əsəd tərəfdarlarıdır”, – nazir deyib.
Müdafiə naziri Türkiyənin məqsədinin Suriyada Rusiya ilə silahlı qarşıdurma olmadığını qeyd edib.