33 il həbs yatdı: Sonda günahsız olduğu ortaya çıxdıbackend

33 il həbs yatdı: Sonda günahsız olduğu ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təcavüz ittihamı ilə həbs edilən şəxs 33 ildən sonra günahsız olduğu aydınlaşdıqdan sonra sərbəst buraxılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 1989-cu ildə ABŞ-ın Nyu-York ştatında ağdərili qadına təcavüz edib döydüyünə görə həbs edilən 6 yeniyetmədən sonuncusu Stiv Lopez bu gün ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb. Bu nəticə ilə Lopez 15 yaşında girdiyi 33 il sonra 48 yaşında həbsxanadan çıxıb.
O, günahsızlığının sübuta yetirilməsindən və bəraət qazanmasından məmnun olduğunu bildirib.
Hadisədə adları hallanan Antron McCray, Kevin Richardson, Raymond Santana, Korey Wise və Yusef Salaam 2002-ci ildə azadlığa buraxıldıqdan sonra Nyu York şəhər hökumətinə qarşı böhtana görə 41 milyon dollar iddia qaldırıblar.