Tribuna İnformasiya Agentliyi

“32 yaşım var, hələ “sevirəm” deməmişəm” – Kamran Ağayev(VİDEO)

12 May
ARB TV-nin “Günaylı Şənbə” verlişinin növbəti qonağı futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev olub.
TİA.AZ-ın məlumatına görə, Kamran bu yaşa qədər nə üçün ailə qurmamasının səbəbini açıqlayıb:
“Ailə qurmaq məsuliyyətli bir şeydir. Sıradan biri ilə gedim ailə qurum? Bizim dilimizdə bir cümlə var. Deyirik ki, qız var ailə qurum? Hamı elə bilir ki, qızları pis qələmə veririk. Xeyr, o mənada deyil. Sadəcə ürəyimə yatan bir qız yoxdur. Təbii ki, göstərənlər olub, düşüncələrim olub. Sadəcə bu şeylər qismətdir. İdmanla bağlı orada-burada olmuşam. Gəlib bu yerə çatmışıq. İnşallah qismətdisə, ailə quracağıq”.
Azərbaycan millisi eyni zamanda tez-tez adının modellərlə sevgili kimi hallanması məsələsinə aydınlıq gətirib:
“Səmimi deyim ki, gündəmdə olan idmançılar harasa bir açılışa və ya bir dəvətə gedəndə, bir xanım ola bilər və mən onunla şəkil çəkdirə bilərəm. Dialoqumuz, dostluğumuz alına bilər. Bu o demək deyil ki, mənim onunla münasibətim var sevgiliyik. Bunlar boş şeylərdir. 32 yaşım var hələ “sevirəm” sözünü deməmişəm. Çünki sevdiyim insan olmayıb ki, sevirəm sözünü deyim. Yalandan da olsun o sözü deməmişəm”.