31 mindən çox insan peyvənd olundu – Azərbaycandabackend

31 mindən çox insan peyvənd olundu – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31356 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4286, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23550 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10960235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5128454, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4626667, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1205114 təşkil edir.