30 yaşdan sonra hansı qidaları yemək olmaz? – Təhlükəlidirbackend

30 yaşdan sonra hansı qidaları yemək olmaz? – Təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həkimlər 30 yaşından yuxarı insanları xəbərdar ediblər.
 
Bakupost.az xəbər verir ki, 30 yaşından sonra xroniki xəstəliklər olmasın və insan tez qocalmasın deyə bəzi qidalardan imtina etmək lazımdır.
Həkim kardioloq Svetlana Pavliçenko hansı qidaların 30+ yaşlar üçün təhlükəli olduğunu açıqlayıb.
O, ilk növbədə rasiondan transyağların və bu yağda hazırlammış qidaların çıxarılmasını tövsiyə edib:
“Transyağlar, marqarin xroniki iltihabi proses yaradır, pis xolesterini artırır. Onların təhlükəsiz dozası yoxdur. Ən az doza belə infarkt və insult, xərçəng riskini artırır.
Transyağlar market, mağazada olan şirniyyatlarda, kulinariya məhsullarında, fast-fudda çoxdur.
Çox vaxt istehsalçılar məhsulda trans yağ olduğunu yazmır gizlədir. Üzərində bitki yağı, marqarin, hissəvi hidrogenizə yağlar və s. yazılan məhsulları almayın.
Eləcə də qazlı, rəngli içkilər, energetik içkilərdən uzaq durmalısız. 0,3 litr qazlı suda 10 çay qaşığı şəkər var. Şəkər piylənmə, diabet, insult yaradır, dərini qocaldır, dişləri çürüdür.
30 yaşdan sonra duzu, şorabanı, çips, kolbasa yemək də məsləhət deyil.
Bədəndə artıq maye dərini dartır, çəkildikdə isə qatlar və qırışlar yaradır.
Eləcə də spirtli içkiləri xeyli azaltmaq lazımdır. Bu içkilər dərini qurudur. İçən insanlar yaşından daha qoca görünür”.