backend

30 ildir taksi sürən azərbaycanlı qadın – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taksi sürücüsü” deyəndə insanın ağlına ilk gələn damağında siqaret, əynində dəri gödəkçə, əlində açar fırladaraq sakinlərə yaxınlaşıb “taksi lazımdır?” deyən kişi canlanır. 

“Taksi sürücüsü” deyəndə insanın ağlına ilk gələn damağında siqaret, əynində dəri gödəkçə, əlində açar fırladaraq sakinlərə yaxınlaşıb “taksi lazımdır?” deyən kişi canlanır.


Qəhrəmanımız sözün bütün mənalarında xanımdır və taksi sürücüsü olmağı onun qüruruna toxunmur. 55 yaşlı Rahilə Əlizadə nə az, nə çox düz 30 ildir ki, ömrünü sevdiyi peşəsinə həsr edib.

 Uşaqlıqdan sürücü olmaq arzusu ilə yaşasa da, valideyinləri onun bu istəyinə qarşı çıxıb. 

Əslən Beyləqan rayonundan olan və hazırda Sumqayıtda yaşayan Rahilə xanımın istəyinə isə həyat yoldaşı yox deməyib.

Rəhilə Əlizadə – Taksi sürücüsü: “Həyat yoldaşımdan xaiş etdim ki, siz mənə icazə verəcəksiz taksi sürməyə? O da şərtimi qəbul etdi. Biz ailə qurduq. Mən məktəbi oxudum. Elə oldu ki, yoldaşım rəhmətə getdi və fikirləşdim ki, övladımı bununla böyüdə bilərəm”.

Rahilə xanımın ilk sürücülük fəaliyyətinə başladığı illər Sovet dönəminə təsadüf etdiyindən, onun bu peşəsi birmənalı qarşılanmayıb. 

Amma indi yaxınları onun taksi sürücüsü kimi fəaliyyət göstərməsinə qarşı deyil.