“30 ildir bu yolla kimsə maraqlanmayıb” – VİDEObackend

“Xəstəmiz olur, təcili yardım çağırırıq, yolların bərbad vəziyyətdə olması səbəbilə həkimlər ünvana gəlib çıxa bilmir”.
Bu sözləri Maştağa qəsəbəsi Çiləgər yaşayış massivinin sakinləri Yeniavaz.com-a şikayətlərində bildiriblər. Sakinlər deyir ki, uzun illərdir ki, yolla bağlı müxtəlif orqanlara xəbər versələr də problemlə maraqlanan olmayıb. Avtomobillərin belə hərəkət edə bilmədiyi yolda uşaqların məktəbə gedib-gəlməsi olduqca çətinləşib. Valideynlər bildirir ki, yolların pis vəziyyətdə olması səbəbilə marşrut avtobuslar həmin yaşayış massivində fəaliyyət göstərməkdən imtina edirlər. Bu səbəblə uşaqlar palçıqlı yolla uzun məsafələri piyada qət etməli olurlar. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar Nəcəfli Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Bakının bütün qəsəbələrində yolların bərpa edilməsi üçün fəaliyyətə başlanılıb: “Maştağa qəsəbəsi Sabunçu rayonu ərazisindədir. Qeyd edim ki, Sabunçu rayonunda təkcə keçən il 80 kilometrdən çox yol bərpa edilib. Bu, kifayət qədər böyük rəqəmdir. Qəsəbələrdə yolların təmir edilməsinə bu il də davam edəcəyik”.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/