Tribuna İnformasiya Agentliyi

3 yaşlı Zəhra tapıldı – Açıqlama

06 İyun

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Zəhranın dayısı Əminağa Hüseynov News24.az-a bildirib ki, Zəhra “Neftçilər” metro stansiyası ərazisindən tapılıb.

Polislər uşağı atasına təhvil veriblər.

Hazırda hadisənin təfərrüatı öyrənilir.