3 rayonu dinməzcə qaytaran Ermənistan niyə Qazaxın kəndlərin geri vermir?backend

3 rayonu dinməzcə qaytaran Ermənistan niyə Qazaxın kəndlərin geri vermir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ortaya belə bir sual çıxır: 3 rayonu Azərbaycana qaytaran Ermənistan nədən Qazaxın kəndlərin geri verilməsini bu qədər təxirə salır? Yəni, problemin kökü nədədir?

Qazaxın kəndləri ərazi baxımından kiçik yerdir. Ancaq bu yerlərin strateji önəmi olduqca yüksəkdir. Söhbət öndan gedir ki, Tiflisdən İrəvana gedən əsas yol məhz həmin ərazidən keçir. Siz “Google Maps“a baxsanız, görəcəksiniz ki, Tiflisdən İrəvana gedən yol Azərbaycan ərazisindən keçir. Yəni, “Google Maps“ rəsmi səviyyədə tanınan sərhədləri qəbul etdiyinə görə həmin ərazini Azərbaycanın tərkib hissəsi kimi göstərir. Ancaq reallıqda isə həmin kəndlər hələ də ermənilərin nəzarəti altındadır.

Aydındır ki, Ermənistan və Gürcüstan üçün bu yolun Azərbaycandan keçməsi arzuolunan deyil. Çünki iki dövlət arasında birbaşa əlaqə daha məqbuldur. Ancaq hər iki ölkə onu da yaxşı başa düşür ki, enində -sonunda bu kəndlər Azərbaycana qaytarılacaq və bu, qaçılmazdır. Sadəcə, Nikol Paşinyan hökuməti II Qarabağ Müharibəsində biabırçı məğlubiyyətlə üzləşib. Xalq arasında nüfuzunu ciddi şəkildə itirib. Qərb mətbuatı yazır ki, Ermənistanda siyasi və ruhu böhran getdikcə dərinləşir.

Belə bir dönəmdə Nikol Paşinyanın Tiflis-İrəvan yolunun keçdiyi ərazini Azərbaycana qaytarması Ermənistanda xaotik proseslərə start verə bilər. Ermənistan üçün bu yol həyati əhəmiyyət daşıyır. Məhz bu yol üzərindən ermənilər Rusiyaya çıxa bilirlər.

Ermənistanda başlana biləcək xaos nə Azərbaycana, nə də ki, Türkiyəyə lazım deyil. Ona görə də Azərbaycan bu məsələdə səbrlə davranmağa üstünlük verdi. Ancaq Nikol Paşinyan növbəti bəhanələrlə şifahi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təxirə salmağa çalışır. Azərbaycan isə çətin seçim qarşısında qalıb. Çünki Nikol Paşinyanın seçkidən qalib çıxmaq ehtimalı olsa da, qeyri-stabil vəziyyətdə olan Ermənistanda ictimai rəy istənilən an kəskin şəkildə dəyişə bilər. Bu səbəbdən də Azərbaycan tərəfi işini bəri başdan ehtiyatlı tutmağa üstünlük verir. Problemi çözmək üçün yeni Üçtərəfli Müqavilə imzalamağa can atır.(musavat.com)