3 ölkə liderləri arasında üçtərəfli görüşün yekunlarıbackend

3 ölkə liderləri arasında üçtərəfli görüşün yekunları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək göruşdə iştiraka razılıq verib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşınyan arasında üçtərəfli görüş keçirilib.

Görüşün məqsədi 2020-ci il Noyabrın 10-da Dağlıq Qarabaga dair imzalanmış üçtərəfli bəyənatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

Bu , Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapıtulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danısıqları idi. Görüş 10 Noyabr ü tarixində videoformat şəklində imzalanmış, bununla bağlı təmaslar telefon danışığı ilə baş tutmuşdur.

Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə etmişdir.Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb.

Tərəflər 10 Noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə ediblər.

Azərbaycan,Rusiya və Ermənistanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.

Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.

İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbycanın maraqları çərçivəsindən kənara çıxmayıb.Azərbaycan hərbi meydanda olduğu kimi diplomatik arenada da , müzakirələrdə də üstün mövqedədir

Prezident İlham Əliyev qeyd etdi ki, reqionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş

çox vacib idi.Biz nəticə əldə etmək,sentyabrda- noyabrda baş vermiş

hadisələrə yekun vurmaq əzmindəyik.Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.Azərbaycan tərəfi qapalı görüşlərdə istəyinə nail olub. Bakının şərtləri qəbul edilməsəydi,üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.

Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır,Paşınyanı görüşə gəlməməyə çağırırdı.

Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır,bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər

sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.

Danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır ,”bədən dili” ilə də qalibiyyət mesajları verirdi.

Paşinyan isə öz məğlub ampluasında ,gırgin psixoloji vəziyyətdə idi.

Rus mediası Azərbqycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini , 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.

Ramazanova Mətanət

Nəsimi rayon təhsil işçisi