3 milyon qaçqın Ukraynaya geri qayıdıbbackend

3 milyon qaçqın Ukraynaya geri qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı qaçqınların 3 milyonu Avropa İttifaqından Ukraynaya qayıdıb, Aİ ölkələrində 3,7 milyona yaxın qaçqın qalır.

TİA.AZ xəbər verir ki, bu barədə daxili işlər üzrə Avropa komissarı İlva Yohansson bildirib.“Təxminən 6,7 milyon ukraynalı Avropa İttifaqının sərhədlərini keçib, 3 milyona yaxın ukraynalı geri qayıdıb, 3,7 milyon nəfər isə Aİ-də sığınacaq almaq üçün qeydiyyata götürülüb”.

Onun sözlərinə görə, Ukraynadan Aİ-yə qaçqın axını tam dayanıb, bundan əlavə, qaçqınların bir hissəsinin yeni dərs ili başlayana qədər qayıtması gözlənilir. Əhalinin hər nəfərinə düşən qaçqın sayına görə birinci yerdə Çexiya, ikinci yerdə Polşa, sonrakı yerlərdə isə Estoniya, Bolqarıstan və Latviyadır.