Tribuna İnformasiya Agentliyi

3 kameralı “iPhone” gələn il çıxacaq

08 May

“Apple” 3 kameralı “iPhone”u 2019-cu ilin ikinci yarısında təqdim edəcək

Lent.az-ın məlumatına görə, bu barədə “Taipei Times” nəşri “Yuanta Securities” şirkətinin analitiki Ceff Punun hesabatına istinadən məlumat verib.
Bundan əvvəl Tayvanın “Economic Daily News” nəşri də gələn il 3 kameralı “iPhone”un istehsal olunacağı ilə bağlı məlumat verib. Məlumata görə, üçqat obyektiv beşqat optik yaxınlaşdırmaya malik olacaq.
Qeyd edək ki, ilk üç obyektivli smartfon Çin istehsalı olan “Huawei P20 Pro” olub. Cihazın obyektivləri 40, 20 və 8 meqapiksel genişlənməyə, həmçinin dördqat optik zuma (yaxınlaşdırmaya) malik olacaq. Cihazın güclü tərəfləri isə kadrın böyüdülməsi zamanı detallaşması və gecə çəkilişidir.