3 dərəcə şaxta, yağış – Sabahın faktiki HAVASIbackend

3 dərəcə şaxta, yağış – Sabahın faktiki HAVASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  TİA.AZ-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək – 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.