3 D printerdə ürək əzələsi çap olundu – Dünya tibbində ilkbackend

3 D printerdə ürək əzələsi çap olundu – Dünya tibbində ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Minnesot ştatının biomühəndislik Universitetinin alimləri ilk dəfə yarım santimetr ölçüdə canlı, işləyən ürək əzələsi yaradıblar. Əzələ nümunəsi 3 D bioprinterdə çap olunub.

Medicina.az xəbər verir ki, miokard kök hüceyrələrin proqramlaşdırılması nəticəsində əldə olunub, daha sonra printerin köməyi ilə karkas strukturu çap olunub.

Biomühəndislik bölməsinin mühəndisləri Brend Oqle və kolleqaları miokardın hüceyrədaxili matriksindən xüsusi biomürəkkəb əldə edərək, bu mürəkkəbi insanın plyupontent kök hüceyrələri ilə qarışdırıb, 3 D printerdə istifadə ediblər.

Çap olunan material ikikameralı miokard strukturuna tam uyğundur. Beləliklə, tibbdə ilk dəfə miokardın finksional modeli əldə olunub, hansı ki, burda canlı ürəkdəki kimi spontan və sixron yığılıb açılaraq mayeni qovur.

Modelin uzunluğu yarım santimetrdir.

Gələcəkdə alimləri bu miokardı siçanlara yerləşdirib, tədqiqat aparmağı planlaşdırır.