Tribuna İnformasiya Agentliyi

3-cü uşağı olanlara əkin sahəsi və faizsiz kredit veriləcək

31 Oktyabr
İtaliya höküməti ailələri 3 uşaq sahibi olmağa təşviq etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, yeni qanun layihəsi təsdiq edilsə, 2019, 2020 və 2021-ci illərdə 3-cü övladı doğulan ailələrə 20 il müddətinə əkin sahəsi, 200 min avroya qədər faizsiz ev krediti veriləcək. Hökümət bu layihəni azalan doğuş sayında artıma nail olmaq üçün atır.
Qeyd edək ki, Avropa İttifaqında ən az doğuş müşahidə edilən ölkələr İtaliya və İspaniyadır. İtaliyada hər qadına 1,34 uşaq düşür, Aİ-də isə bu rəqəm 1,6-dır. Bu ölkədə 1970-ci ildə 900 min, 2016-cı ildə isə 473 min doğuş qeydə alınıb. 2008-ci ildən bəri doğuş sayında 100 mindən çox azalma baş verib.
Onu da qeyd edək ki, radikal sağ cinahın nümayəndəsi olan İtaliya hökümətinin bu addımı birmənalı qarşılanmayıb. Hökümətə demoqrafik vəziyyəti yaxşılaşdırmaq yerinə həyat və təhsil səviyyəsini yüksəltmək məsləhət görülüb. Bəzi şəxslər isə addımı faşistlərə məxsus “vətən və torpaq üçün uşaq doğmaq” ideyasına bənzədib.