“3,5 milyon hara, necə və kim tərəfindən xərclənib” – Qubad İbadoğlubackend

“3,5 milyon hara, necə və kim tərəfindən xərclənib” – Qubad İbadoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il lobbi quruculuğu üçün 3 500 000 manat xərclənib, amma hələ də diaspora kimi formalaşa bilmirik. ABŞ-ın Nyu York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir, Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən, bu qədər vəsait nə üçün xərclənib?”. TİA.AZ  xəbər verir ki , bu fikirlər tanınmış iqtisadçı alim Qubad İbadoğlunun öz  Feysbuk səhifəsində  xaricdə yaşayan azərbaycanlılara ünvanladığı müraciətdə yer alıb.

Q.İbadoğlu bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 500 000 manat vəsait xərclənib.

İqtisadçı qeyd edib ki, bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib: “Bununla yanaşı qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diasporta fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?

Fuad Muradov

Xahiş edirəm, məlumatlı şəxslər şərh bölməsində fikirlərini yazsın. Mən ABŞ-da hər dəfə ölkəmizin yerləşdiyi coğrafiyanı anlatmaq üçün yerli şəxslərə izahatlar verəndə bir çox hallarda qonşularımızı tanıdıqlarının şahidi olmuşam və məyus olmuşam. Burda olduğum müddətdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım istəməmişəm, düşünmüşəm ki, ehtiyac olanlar alsın. Sizə Fonddan dəstək verilibmi? Komitədən layihələr almısınızmı? Bilən varsa yazsın görək, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı? Suallar çox olsa ünvanı birdir. Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər hara, necə və kim tərəfindən xərclənib”.

TİA.AZ