28 yaşlı Vətən müharibəsi iştirakçısı vəfat etdibackend

28 yaşlı Vətən müharibəsi iştirakçısı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü Ağdaş rayon Qarağan kənd sakini Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.
TİA.AZ xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, o, N.İbrahimli mayın 14-də dünyasını dəyişib.
Qeyd edilib ki, Niyazi İbrahimli Vətən müharibəsindən qayıtdıqdan sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də onun ürəyində yenidən problem yaranıb və Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.
Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.