28 milyon manatlıq 5 tenderin qalibləri açıqlandı – SİYAHIbackend

28 milyon manatlıq 5 tenderin qalibləri açıqlandı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 5 tenderin nəticəsini açıqlayıb.

Belə ki, paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı tam orta məktəbin əlavə 15 sinif otaqlı korpusunun tikintisi üzrə
1 325 milyon manatlıq tenderin qalibi “Planet Construction” şirkəti olub.

Həmin məktəbin əsaslı təmiri üzrə 3 828 milyon manatlıq tenderin qalibi “Planet Construction” şirkəti olub.

Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası üzrə 11 643 milyon manatlıq tenderin qalibi “Hidro Construction” şirkəti olub.

Nəsimi rayonunun Abbas Zamanov küçəsindəki 35 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenisinin inşası üzrə 2 842 milyon manatlıq tenderin qalibi “Kəçər İnşaat” MMC – dir.

Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpuslarının tikintisi üzrə 8 469 milyon manatlıq tenderin qalibi
“GM Construction” olub.

TİA.AZ FED.az-a istinadən xəbər verir ki, tenderlərin ümumi məbləği 28 107 milyon manatdır.