28 ildən sonra ata yurdunda – Ağdamda duyğulu anlar – VİDEObackend

28 ildən sonra ata yurdunda – Ağdamda duyğulu anlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu günlərdə Ağdamdan olan ictimaiyyət nümayəndələrinin bir qrupunun Ağdam şəhərinə səfəri təşkil edilib.

Öz doğma yurduna gedənlər arasında “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da olub. Bundan əvvəl iki dəfə Ağdama səfər edən, amma ata yurduna – Xıdırlı kəndinə gedə bilməyən Ələsgər Süleymanov bu dəfə doğma kəndlərinə baş çəkə bilib. O, vaxtilə yaşadığı evin qalıqlarını ziyarət edib.

Həmçinin qohumu və qonşusu olan, Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmovun xatirə lövhəsini onun yaşadığı evin qarşısında ucaldıb.

Ağdamdan növbəti videoreportajı təqdim edirik: