28 əsgərini ölümdən xilas edən şəhid mayor-VİDEObackend

28 əsgərini ölümdən xilas edən şəhid mayor-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında ölümündən sonra “Vətən uğrunda” medalı və ” 3-cü dərəcəli Vətənə xidmət ordeni” ilə təltif edilmiş mayor Mürsəliyev Sübhi Balamirzə oğlu da var.

TİA.AZ xəbər verir ki, S.Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olub.

Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparır. Hərbi xidməti boyunca daim cəbhə bölgələrində xidmət aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.

Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olur. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Müxtəlif medallar və fəxri fərmanla təltif edilir.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. Zabit və əsgərlərinin dediyinə görə, ölümün gözünə mərd baxan komandir daim əsgərlərini düşünər, onların qayğısınaAiləli idi, 2 oğlu, bir qızı yadigar qalıbS.Mürsəliyev İsmayıllı rayonunda dəfn olunub.