Tribuna İnformasiya Agentliyi

27 illik həbsdən sonra məsum olduğu üzə çıxdı

18 May

Amerikada 14 yaşında ikən dostu ilə birlikdə maşınını oğurlamaq istədikləri polisi qəsdən adamöldürmə cinayətinə görə 27 il həbsdə yatan Con Bun azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, 27 il sonra onun günahsız olduğu müəyyənləşib. O, azadlığa çıxdığını eşidən kimi hakimi qucaqlayıb.

Nyu-Yorkda 1991-ci ildə, hələ 14 yaşında ikən dostu Rosen Hargreyvlə birlikdə maşınını oğurlamaq istədikləri bir polisi qəsdən öldürmə cinayətindən həbs edilən Con Bun məhkəmə zalından buraxılıb. Bun ilk gündən bu cinayəti törətmədiyini və ortada böyük bir yanlış anlaşılma olduğunu iddia etsə də, onu bu cinayətə görə məhkum ediblər.

27 yıl hapis yattı... Masum olduğu anlaşılınca gözyaşlarına boğuldu

2009-cu ildəki şərti azadlığa buraxılma tələbi də rədd edilən Bunun taleyi isə cinayət araşdırmasını həyata keçirən detektiv Luis Skarcellanın hadisə yerinə aldadıcı sübut qoyduğu ortaya çıxan zaman dəyişdi. Yenidən baxılan cinayət işində günahsızlığına qərar verilərək, azadlığa buraxılan Bun aşağıdakıları deyib: “27 ildir ki, həyatım üçün mübaribə aparırdım və bu gün məsum olduğum sübut edildi. Yaşadığım sevinci ifadə edə bilmirəm”.

Bu sözləri deyəndən sonra o, sevincdən ağlayaraq onu azadlığa buraxan hakimin əllərinə sarılıb. Məhkəmə salonundakılar qərarı ayaq üstə alqışlayıb.