“27 il sədr olasan, tarixdə “devalvasiya olmayacaq” cümləsi ilə qalasan”backend

“27 il sədr olasan, tarixdə “devalvasiya olmayacaq” cümləsi ilə qalasan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyirmi yeddi il Mərkəzi Bank kimi quruma rəhbərlik edəsən, amma tarixdə devalvasiyadan 24 saat əvvəl, “devalvasiya olmayacaq, manat dəyərdən düşməyəcək” cümləsi ilə qalasan – ağır dərddir…” 

TİA.AZ xəbər verir ki, bunu REAL Partiyasının idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli öz feysbuk hesabında Elman Rüstəmovun Mərkəzi Bankın sədri vəzifəsindən azad edilməsi haqda təqdimata Milli Məclisin Plenar İclasında müsbət rəy verilməsinə münasibət bildirərkən deyib.

“Həyatımın son 10-12 ilini həm də o şəxsin (Elman Rüstəmov –red.) dediklərini analiz etməyə həsr etmişdim, onun “ictimai tərcüməçisi” idim. İndi gedir. Ümid edirəm yeni gələn gənc kadrı “tərcümə” etmək lazım olmayacaq. Yeni gələn özünü göstərmək üçün Mərkəzi Bank kimi vacib qurumda tələsik addımlar atmayacaq”, – Natiq Cəfərli qeyd edib.

O xatırladıb ki, Elman Rüstəmov ölkənin ən uzun müddət vəzifədə qalan məmurudur. O, 1995-ci ildən bəri bu postu tutub.

Qeyd edək ki, bu gün parlamentdə eyni zamanda Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatı da müzakirə edilib. Onun Elman Rüstəmovun yerinə təyin olunacağı gözlənilir.