264 ukraynalı əsgər “Azovstal”dan təxliyə olundu – VİDEObackend

264 ukraynalı əsgər “Azovstal”dan təxliyə olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Mariupolda rusların mühasirəsində olan “Azovstal” fabrikindən 264 əsgərin təxliyə edildiyini açıqlayıb.
TİA.AZ xəbər verir ki, təxliyə olunan əsgərlərin 53-ü ağır yaralı vəziyyətdə Novoazovsk şəhərindəki xəstəxanaya aparılıb.
Digər 211 əsgər isə Ukrayna ordusunun nəzarəti altında olan Olenevkaya göndərilib.
Açıqlamada “Azovstal”dakı digər əsgərlərin də təxliyəsi üçün çalışıldığı bildirilib.