211 mənzil 10 saniyəyə satılıb – DTXbackend

211 mənzil 10 saniyəyə satılıb – DTX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”.
TİA.AZ xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
“Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib”, – DTX rəsmisi bildirib.