Tribuna İnformasiya Agentliyi

2030-cu ildə rusiyalı kosmonavtlar Aya enəcəklər – Putin

12 Aprel

Bu gün Rusiya prezidenti Vladimir Putin Moskvadakı məşhur Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) yenidənqurmadan sonra açılmış “Kosmos” pavilyonuna gəlib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin rusiyalı kosmonavtların Aya uçma ehtimalı ilə bağlı verdikləri sualı Putin belə cavablandırıb:

“Bəli. Proqram 2030-cu ilə kimi nəzərdə tutulub. “Federasiya” kosmik gəmisinin, fövqəlağır raketin hazırlanması üzrə işlər yekunlaşır. Şübhə yoxdur. İşləyəcəyik. Əvvəlcə Ay orbiti, Ayın ətrafında uçuş, Ay orbitində stansiya, sonra isə Ayın səthində modullar. Belə planlaşdırılır və ümid edirəm ki. belə də olacaq”.

Xatırladaq ki, bu gün Rusiyada Kosmonavtika günü qeyd olunur. 1961-ci il aprel ayının 12-də bəşəriyyət tarixində ilk kosmonavt – SSRİ vətəndaşı Yuri Qaqarin kosmosa uçub.