2023-cü ilin ən güclü SMARTFONU BU OLACAQbackend

2023-cü ilin ən güclü SMARTFONU BU OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər yeni “Apple” smartfonunun gücünü təsvir ediblər. 

Tayvan korporasiyası prosessorlar istehsal edir və “Apple”ın əsas tərəfdaşlarından biridir.

Şirkət nümayəndələrinin sözlərinə görə, üç nanometrlik texnologiya əsasında qurulan smartfonlar üçün çiplər yaxın gələcəkdə kütləvi istehsala keçəcək.

Qeyd ediblər ki, 2023-cü ilin Android flaqmanları “Qualcomm”un Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz ediləcək və bu prosessor dörd nanometrlik proses texnologiyasından istifadə etməklə yaradılmasına davam edəcək. Öz növbəsində, yeni üç nanometr yarımkeçiricilər smartfonlarda yalnız 2024-cü ildə peyda olacaq.

Bundan əvvəl Çin insayderləri “Apple”ın iPhone 15 seriyalı smartfonlarını müxtəlif prosessorlarla təchiz edəcəyini bildirmişdilər. Bahalı iPhone 15 Pro və 15 Pro Max-ın A17 Bionic çipini alacağı gözlənilir, sərfəli iPhone 15 və iPhone 15 Max isə A16 prosessorunda qalacaq.