2022-ci ildə DEVALVASİYA təhlükəsi – “Manatın aqibəti yaxşı olmaya bilər”backend

2022-ci ildə DEVALVASİYA təhlükəsi – “Manatın aqibəti yaxşı olmaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə manatın məzənnəsinin ucuzlaşacağı ilə bağlı məlumatlar yayılır. Rəsmi qurumlar neft qiymətlərinin sabitləşməsi, həmçinin Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərinin manatın ucuzlaşmasına imkan verməyəcəyini bəyan edirlər. İstənilən halda manatın gələn il dəyərdən düşməsi dünyada gedən iqtisadi proseslərdən asılı olacaq.

TİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Əkrəm Həsənov birmənalı proqnoz verməyin çətin olduğunu deyib:

“Böyük ehtimalla manat məzənnəsini qoruyacaq. Hamımız başa düşməliyik ki, Azərbaycan manatının məzənnəsi sırf dünyada neftin qiymətinə bağlıdır. Bu baxımdan gələn il dünyada nə baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Neftin qiyməti isə iqtisadi amillərdən daha çox geosiyasi amillərə bağlıdır.

Dünyada, xüsusilə Qərblə Rusiya və Çin arasında çox böyük gərginlik var. Bu mənada proqnoz vermək çətindir. Əgər neftin qiyməti düşsə, manatın aqibəti yaxşı olmaya bilər. Amma bu ildəki kimi davam etsə, ciddi problem görmürəm”.

İqtisadçının sözlərinə görə manatın məzənnəsi düşsə, Azərbaycan iqtisadiyyatı üçün bu ciddi problemə çevrilə bilər:

“Biz onsuz da 2021-ci ili kəskin inflyasiya ilə başa vururuq. Azərbaycanda qiymət artımı var. Bunun üstünə devalvasiya da gəlsə, ölkədə ciddi iqtisadi problemlər baş verə bilər. Ümid edirəm ki, hər bir halda gələn il manat məzənnəsini qoruyub saxlaya biləcək”.