2021-ci ilin ilk yarısında dünyada 35 jurnalist öldürülübbackend

2021-ci ilin ilk yarısında dünyada 35 jurnalist öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Press Emblem Campaign (PEC) adlı beynəlxalq jurnalist təşkilatı 2021-ci ilin ilk yarısına aid hesabat hazırlayıb.

TİA.AZ xəbər verir ki, qurumdan iyunun 6-da bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, 2021-ci ilin ilk 6 ayı ərzində dünyada ən azı 35 jurnalistin öldürüldüyü təsdiqlənib.

Hesabatda iyunun 4-də Kəlbəcər rayonunda işğalçı Ermənistanın basdırdığı minaya düşərək həlak olan 2 Azərbaycan jurnalisti haqqında da qeyd var. Ümumilikdə isə 21 ölkədə jurnalistlərin öldürülməsi qeydə alınıb.

Yarım il ərzində 5 jurnalistin öldürüldüyü Əfqanıstan bu acı siyahıya başçılıq edir. Meksika və Pakistanın hərəsində isə 3 jurnalist öldürülüb. Azərbaycanla bərabər Banqladeş, Braziliya, Burkina Faso, Efiopiya və Hindistanın hər birində 2 jurnalist öldürülüb.

Kolumbiya, Kongo, Ekvador, Gəzza – Fələstin, Yunanıstan, Haiti, Livan, Nigeriya, Somali, Türkiyə, ABŞ və Yəmən kimi ölkələrin hər birində 1 jurnalist öldürülüb.

PEC qeyd edir ki, ölüm hallarının çoxunda jurnalistlər məqsədli şəkildə hədəf seçilib.

Hesabatda COVID-19 pandemiyası başlayandan 2021-ci il iyunun sonunadək dünya üzrə 1 min 580 jurnalistin məhz bu xəstəlikdən öldüyü də qeyd edilib. Ümumilikdə 78 ölkədə jurnalistlər COVID-19 üzündən həyatdan məhrum olublar.

Ən qorxulu durum Hindistandadır. Təkcə ötən iyun ayı ərzində bu ölkədə 60-dək jurnalist COVID-19-dan ölüb.