“2021-ci ildə ictimai nəqliyyatda tariflərin necə dəyişəcəyi, yaxud dəyişib-dəyişməyəcəyi bir başa Tarif Şurasının qəbul edəcəyi qərardır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexaniziminin tətbiqindən danışarkən deyib. O bildirib ki, bu, tənzimlənən, bazarın müəyyənləşdirdiyi tariflədir:
Deputat hesab edir ki, bu prosesdə dəstək paketinin genişləndirilməsi məqsədəuyğundur:
“Xüsusən də ictimai nəqliyyatla fəaliyyət göstərən sahibkarlara bu və ya digər formada dəstəyin genişləndirilməsi məqsədəuyğundur ki, onların xərclərinin bir hissəsi dəstək proqramı çərçivəsində kompensasiya olunsun”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimin tətbiq olunacağı bildirilib.