2019-da siqnala, iki gün əvvəl içkiyə görə… – 99 HV 088-in sürücüsü kimdir? (FOTO/VİDEO)backend

2019-da siqnala, iki gün əvvəl içkiyə görə… – 99 HV 088-in sürücüsü kimdir? (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları 99 HV 088 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobilin sürücüsünü içkili vəziyyətdə saxlayıb.
Qaynarinfo xəbər verir ki, yol polisi əməkdaşları sürücüyə video çəkiliş zamanı “avtomobili niyə içkili idarə edirsiz? sualını ünvanlayıb. Sürücü isə “ə yaxşı” cavabını verib və kameradan uzaqlaşıb.

Polis yenidən ona “yolun əks istiqamətində hərəkət edir, digər avtomobillərə qarşı təhlükə yaradırsız” deyib. Kameradan uzaqlaşan sürücü polisin “zəhmət olmasa bura yaxınlaşın” tələbinə də məhəl qoymayıb.
Qeyd edək ki, 2019-cu ilin iyun ayında da sosial şəbəkələrdə gecə vaxtı qadağan olunmuş səs siqnalından istifadə edən 99 HV 088 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobilin sürücüsünün videosu yayılmışdı. Belə ki, 99 HV 088 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobilə qanunla qadağan olunmuş səs siqnalı quraşdırılıb. Bu azmış kimi gecə vaxtı həmin siqnaldan istifadə edərək video çəkmiş və sosial şəbəkələrdə paylaşmışdı. Polis İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sözügedən sürücünü saxlamış, müvafiq maddə ilə cərimə etmişdi.