2019-cu ildə Azərbaycanda 15-17 yaşlı qadınlar 2 320 uşaq dünyaya gətiriblərbackend

2019-cu ildə Azərbaycanda 15-17 yaşlı qadınlar 2 320 uşaq dünyaya gətiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır. Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nigahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür.

TİA.AZ xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 392 idisə, 2019-cu ildə bu rəqəm 2 320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.