Tribuna İnformasiya Agentliyi

2019-cu ildə avtomobil açarları da rəqəmsal olacaq

22 İyun

Bir sıra iri avtomobil konserni və texnoloji şirkətlərdən ibarət “Car Connectivity” konsorsiumu rəqəmsal açar texnologiyası üçün standart tərtib edib

Lent.az-ın Speedme.ru saytına istinadən məlumatına görə, məlum olub ki, yeni texnologiya avtomobil sahibini müəyyən etməyə və smartfon vasitəsilə maşına işə salmağa imkan verəcək.
Planlaşdırılır ki, bu qərar bütün marka avtomobillərdə və smartfonlarda artıq 2019-cu ilin birinci rübündə istifadə ediləcək.
Qeyd edək ki, bu konsorsium “Apple” və “Samsung” kimi iri smartfon istehsalçılarından ibarətdir. Bundan başqa, bura “Audi”, BMW, “General Motors”, “Hyundai” və “Volkswagen” kimi avtomobil şirkətləri də daxildir. Konsorsiumun əsas iştirakçıları “Alps Electric”, “Continental Automotive”, “Denso”, “Gemalto”, NXP və “Qualcomm” kimi şirkətlərdir.