Tribuna İnformasiya Agentliyi

2018-ci ilin xoşbəxt ölkələri – Azərbaycan neçəncidir?

26 Dekabr

2018-ci ilin son günlərinə yaxınlaşarkən Birləşmiş Millətlər Təşkilatının müstəqil ekspertləri tərəfindən gerçəkləşdirilən  2018-ci il üçün “Dünya Xoşbəxtlik Hesabatı” yayımlanıb.

 

Modern.az-ın məlumatına görə, hesabat ölkələrdə adam başına düşən ümummilli məhsul, ortalama ömür, sosial yardım, müstəqillik, güvən və rifah kimi altı maddənin dəyərləndirilməsinə görə hazırlanıb.

BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsinin mütəxəssisləri tərəfindən aparılan işlər, xalqa sosial dəstək, şəxsi azadlıqlar, dövlət içərisində rüşvətlə bağlı suallar verərək nəticələr əldə edilir. Bu il ilk dəfə köçün xoşbəxtlik üzərində təsirlərinin də araşdırıldığı hesabatda, miqrantların xoşbəxtlik səviyyəsinin ev sahibi xalq ilə eyni olduğu vurğulanıb.

 

Hesabatda ən aşağı yerlərdə Yəmən, Tanzaniya, Cənubi Sudan, Orta Afrika Respublikası və Burundi yer alır.

156 ölkənin yer aldığı hesabatda Azərbaycan 87, Rusiya 59, Türkiyə 74, İran 106, Gürcüstan 128, Ermənistan isə 129-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, bu siyahı “Gallup World Poll” şirkətinin 2015-2017-ci il üçün apardığı sorğular əsasında formalaşıb.

 

Dünyanın ən xoşbəxt 10 ölkəsini təqdim edirik.

10 -Avstraliya

 

 

9- İsveç

 

 

8- Yeni Zelandiya

 

7- Kanada

 

6- Hollandiya

 

 

5- İsveçrə

 

 

4- İslandiya

 

 

3- Danimarka

 

 

2- Norveç

 

 

1- Finlandiya