Tribuna İnformasiya Agentliyi

2018-ci ildə itirdiyimiz məşhurlar…

21 Dekabr
Yola salmaqda olduğumuz 2018-ci il həm də tanınmış şəxslərin dünyasını dəyişməsi ilə yadda qaldı. Moderator.az 2018-ci ildə dünyasını dəyişən tanınmış şəxslərin siyahısını təqdim edir.
Müdafiə sənayesi naziri Yavər Camalovun ölümü doğmalarını sarsıtdı. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nazir bu il iyunun 23-də dünyasını dəyişdi. Y.Camalovun oğlu Rövşən Camalov da bir il öncə 44 yaşında dünyasını dəyişib.
Xalq artisti Fuad Poladov da bu il vəfat edən sənətkarlarımız sırasındadır. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən F.Poladov mayın 5-də dünyasını dəyişdi. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də bu il dünyasını dəyişdi. Bəstəkar martın 2-də 72 yaşında beyin insultundan dünyasını dəyişib.
Xalq artisti Amaliya Pənahovanın da qəfil dünyasını dəyişməsi tamaşaçılarını üzdü. A.Pənahova noyabrın 8-də 73 yaşında dünyasını dəyişdi. Xalq artisti 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.
Azərbaycan aşıq sənətində də iki böyük itki üz verdi. Aşıq Azər Xanlaroğlu və Vüqar Mahmudoğlu dünyalarını dəyişdi.
Bu ilin ən üzücü xəbərlərindən biri də iş adamı Etimad İsmayılovunsilahlı hücuma məruz qalaraq güllələnməsi oldu. Onu İstanbulda sabiq polis zabiti Gözəl Dəmirov güllələdi. Etimad İsmayılov Azərbaycanın sabiq Baş prokuroru və Azərbaycanın ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
Bir neçə gün öncə tanınmış klarent ifaçısı Zahid Əliyevi (Zahid Sabirabadlı) itirdik. Musiqiçinin qəfil ölümü onun yaxınlarına və sevənlərinə ən acı xəbər oldu.