Tribuna İnformasiya Agentliyi

2017-nin ƏN QANLI OLAYI: 33 nəfərin başını kəsdilər

06 Aprel

İŞİD terror təşkilatı Suriyanın Deyrizor ərazisində 33 nəfərin başını kəsib. 

İŞİD terror təşkilatı Suriyanın Deyrizor ərazisində 33 nəfərin başını kəsib.

Suriya Monitorniq Təşkilatının verdiyi məlumata görə, ölənlərin 18-25 yaş arası gənclər olduğu bildirilib.

TİA.AZ xəbər verir ki, bu Suriyada 2017-ci ilin ən dəhşətli terroru olub. Ölənlərin cəsədləri El-Mayadin çölündəki bir quyuya atıblar.

2017-ci ildə İŞİD tərəfindən həyata keçirilən ən böyük qətliamda edam edilənlərin hansı qrupa aid olduqları isə hələ müəyyən edilməyib.